Elm

08 İyul

11-ci sinif buraxılış imtahanında 5 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub

11-ci sinif şagirdləri üçün 18 və 19 iyun 2020-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

DİM-dən Fins.az-a verilən məlumata görə, imtahanlarda iştirakı nəzərdə tutulan 21212 nəfərdən 488 nəfər imtahana gəlməyib.

5 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.