Elm

30 Aprel

Məktəb və universiteti hər hansı səbəbdən başa vura bilməyənlərə hansı sənəd verilir?- RƏSMİ

Fins.az Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələri üzrə müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını açıqlayır. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və ali təhsil pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını tənzimləyir. Həmin arayış ali təhsilin müvafiq səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir.

 

Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələri üzrə müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası:

“Ali təhsil pilləsinin səviyyələri üzrə təhsilini başa vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu Qaydanın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış verilir. Arayışda hər bir semestr üzrə tələbənin dinlədiyi fənlər (kreditin qazanılıb-qazanılmadığından asılı olmayaraq) barədə məlumatlar verilir. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur”.

 

Qərarda qeyd olunur ki,  arayış blankları birbaşa Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə onların müraciəti əsasında verilir

 

 Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ali təhsil müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır. Korlanmış arayışlar blankları ciddi hesabat sənədi kimi ali təhsil müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir. Arayışların verilməsi üçün ali təhsil müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir: - qeydiyyat nömrəsi; - arayış verilən şəxsin soyadı, adı, atasının adı; - arayışın seriyası və nömrəsi; - arayışın verilmə tarixi; - arayışı alan şəxsin imzası.  Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.

© Azedu