Elm

28 Aprel

2020-2021-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayı 22 minə çatdırılacaq

“Hazırda müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr onlayn platformalardan istifadə edirlər”.

Fins.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, bu işin genişlənməsi istiqamətində iş görülür: "Ali təhsilin əlçatanlığı ilə bağlı hələ ötən il bir sıra fərman və sərəncamlara uyğun olaraq dövlət hesabına oxuyan tələbələrin sayı artırılıb. 

Bəzi kateqoriyadan olan tələbələr ödənişsiz təhsil almaq imkanı qazanıblar. Bu prosesə uyğun olaraq 2020-2021-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayının 22 minə çatdırılması nəzərdə tutulur. Tələbələrin 50 faizi, yəni hər ikisindən biri dövlət hesabına təhsil alır. Aprelin 13-də imzalanan qərara görə, sosial həssas qrupdan olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsinə qərar verilib. Rektorlarla geniş video konfransda bu məsələ müzakirə olunub. Martın əvvəlindən alt sistem vasitəsilə tələbələr özləri barədə müraciətləri daxil edə biləcəklər. Təhsil haqqı ödənişi 2019-2020-ci yaz və 2020-2021-ci payız sessiyası üçün ödəniləcək.