"146-3 qaynar xətti" ilə istənilən şəxsə psixoloji xidmət göstərilir və bu günə kimi 700 mindən artıq müraciət daxil olunub".
Fins.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, həmin şəxslərə də lazımi köməklik göstərilib.
C.Bayramov qeyd edib ki, 1400 əlavə üz sipəri hazırlanaraq müəyyən hissəsi polis əməkdaşlarına paylanılıb və qalan hissəsi də aidiyyəti üzrə veriləcək.