Elm

27 Aprel

Bu il Yay məktəblərinin universitetlərin hesabına təşkil olunması təklif edilib

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Təhsil naziri Ceyhun Bayramovun ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə keçirdiyi video-konfrans konfrasda çıxışı zamanı ali təhsil müəssisələri tərəfindən kəsiri olan tələbələr üçün ödənişli əsaslarla təşkil edilən Yay Məktəblərinin bu il universitetlərin hesabına pulsuz olması təklifini irəli sürüb.

Ali Neft Məktəbindən verilən məlumata görə, o, bu təklifi COVID-19 pandemiyası dövründə tədrisdə yaranan risklərin minimallaşdırması və qlobal virusdan təsirlənən tələbə ailələrinə dəstəyin göstərilməsi istiqamətində tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib. 

Təklif konfrans iştirakçıları tərəfindən bəyənilib.