Azərbaycanda fərdi tədris və repetitor xidmətlərinin fəaliyyəti bu gündən bərpa olunub.
Fins.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 24-də müvafiq qərar qəbul edib.
Qərara əsasən, aprelin 27-si saat 00:00-dan etibarən ölkədə fərdi tədris və repetitor xidmətlərinin (qrup halında məşğələlər istisna olmaqla) fəaliyyəti bərpa edilib.
Qeyd edək ki, COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.