Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tenderlər elan edir.
Fins.az xəbər verir ki, nazirlik Kürdəmir, Şabran, Ağstafa, Goranboy, Yevlax rayonlarında məktəblərin tikintisi üçün layihə-smeta işləri üçün tenderlər elan edir.
Həmin tenderlər aşağıdakılardır:
- Şabran rayonu, Uzunboyad kənd 264 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;
- Ağstafa rayonu, Sadıqlı kəndində 360 şagird yerlik yeni tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;
- Goranboy rayonu, Dəliməmədli şəhərində 960 şagird yerlik yeni tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;
- Şəmkir şəhərində 1600 şagird yerlik yeni tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;
- Yevlax şəhər 5 nömrəli 960 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;
- Kürdəmir şəhər 5 nömrəli tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması.
Əlaqələndirici şəxs: Sirac Əliyev - Əsaslı Tikinti və Təchizat İdarəsinin Təmir-tikinti işlərinin təşkili və texniki nəzarət şöbəsinin müdiri: 465-73-48