Elm

15 Aprel

"2-ci sinif şagirdləri üçün qiymətləndirmə tapşırıqları" vəsaitləri nəşr olunub

Azərbaycan dili və riyaziyyat fənləri üzrə “2-ci sinif şagirdləri üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri nəşr olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, “İbtidai siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri Dövlət İmtahan Mərkəzi tərəfindən ibtidai sinif şagirdləri üçün fənn kurikulumunun təlim nəticələri əsasında hazırlanır.

Hazırda bu fənlər üzrə “1-ci siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitlərinin üzərində iş gedir. Vəsaitlər hazır olduqdan sonra çap olunacaq və şagirdlərin istifadəsinə veriləcək.

Vəsaitlərə daxil edilən tapşırıqların hər biri Təhsil Nazirliyinin ibtidai siniflərdə istifadə üçün təsdiq etdiyi mövcud dərsliklər əsasında hazırlanıb və şagirdlərin idrakyömümlü, məntiqi, nəzəri bilik və bacarıqlarını yoxlamağa imkan verir. Bu tapşırıqlarla tədris prosesində diaqnostik, formativ, summativ qiymətləndirmə aparmaq mümkündür.