Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNFU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura proqramlarına sənəd qəbulu açıq elan olunub.
Fins.az-ın xəbərinə görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyindən bildirilib.
Fiziki kimya və kimya mühəndisliyi, Tətbiqi kompüter elmləri (Big Data və Süni Zəka) və Geofizika proqramlarına sənəd qəbulu aprelin 10-dək davam edəcək.
UFAZ-ın qəbul imtahanı isə aprelin 29-da keçiriləcək.
Müraciət edənlər Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanında 70-dən artıq bal toplamalıdır.
Bakalavr təhsili ingilis dilində olmayan müraciətçilərdən isə minimum IELTS - 6.5 və ya TOEFL -80 sertifikatları tələb olunur.