Elm

02 Aprel

Son 5 ildə tələbələrin sayında 21 faiz artım olub

Son 5 il ərzində ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin sayında 21% artım olub.

Fins.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib. Artım tendensiyası 2019-cu ildə təsdiq edilmiş qəbul planında da davam etdirilib, bakalavriat səviyyəsinə qəbul planı 48506 nəfərə yüksəlib. Bu isə 2018-ci illə müqayisədə 6,4% artım deməkdir. 

Qəbul planı hazırlanarkən ali təhsilin inkişafı ilə bağlı qəbul olunan tendensiyalar, son illərin nəticələrinin təhlili, ali təhsil müəssisələrinin elmi-pedaqoji kadr potensialı, tədris metodiki, maddi-texniki və laboratoriya bazası, əmək bazarının ehtiyacları ilə bağlı təhlillərin nəticələri nəzərə alınıb.