Elm

18 Mart

Azərbaycanda məktəblərin vahid idarəetmə sistemi tətbiq oluna bilər

Azərbaycanda orta təhsil məktəblərinin vahid məkandan idarə olunma sisteminin tətbiqinə dair araşdırmalar aparılır.

Bunu "Neuron Technologies" şirkətinin direktoru Vüqar Quliyev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən aparılan araşdırmalar əsasən bu sahə üzrə ixtisaslaşan şirkətlərin təklif etdiyi həllərin nəzərdən keçirilməsindən ibarətdir: "Layihənin əsas məqsədi məktəblərin bir "çətir" altında birləşdirilməsi və idarə olunmasıdır. Məhz buna görə, bazarda mövcud olan platformaların imkanları araşdırılır ki, daha funksional sistemdən istifadə olunsun".

@apa