Elm

03 Mart

Azərbaycanda daha bir imtahan təxirə salındı

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq 9 mart 2020-ci ildə keçirilməsi nəzərdə tutulan Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı təxirə salınıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən bir həftə öncə elan olunacaq.