Elm

02 Mart

İbtidai siniflərdə rus bölməsi üçün vakant yerlərin sayı açıqlandı

"Azərbaycan məktəblərində rus bölməsi üzrə 11 ibtidai sinif müəlliminə ehtiyac var".

Fins.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun məsləhətçisi Elçin Kərimov bugünkü mətbuat konfransında deyib.

O bildirib ki, müəllim ehtiyacı əsasən Abşeron və Saatlı rayonlarında üstünlük təşkil edir.

Nazirlik rəsmisi vurğulayıb ki, həmin yerlər yerli təhsil idarəetmə orqanları tərəfindən vakant yer kimi təqdim edilib: "Hesab edirik ki, müəllimlərin işə qəbulu müsabiqəsində həmin vakant yerlər dolacaq".