Bakı Modern Təhsil kompleksi Beynəlxalq akredetasiya keçmək üçün İsveçrə Beynəlxalq Standartlaşma təşkilatının Türkiyədə rəsmi nümayəndəsi olan TSE-yə (Türk standartlar institutu) müraciət edib.Bu müraciətlə bağlı 2019-cu ilin mart ayında kompleksdə ilk təlimlər təşkil edilib və davamlı olaraq sınaq və əsas yoxlama mərhələləri aparılıb.Daha sonra Türk standartlar institutu tərəfindən Bakı Modern Təhsil Kompleksi İSO9001 sertifikatına laiq görülüb. Bakı Modern Təhsil kompleksinə İSO9001 sertifikatı təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə ilk olaraq Türkiyənin Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral çıxış edərək bildirib ki, Türkiyə ilə Azərbaycan iki dövlət bir millətik.Bu tarix boyu belə olub,bundan sonrakı dövrdə də belə olacaq. Bunun həqiqət olduğunu deməyə artıq ehtiyac yoxdur.Biz bunu yaxşı bilirik. Bunun nəticələrindən biri kimi bilirik ki,Türkiyə ilə Azərbaycan tarixin hər dönəmində, ehtiyac olanda qardaşın köməyinə çatıb.Bu 1918ci ildə də belə idi,Türkiyə Cümhuriyyəti quraulanda da belə idi,Azərbaycan müstəqilliyini elan etdikdən sonra da belə oldu.xatırlayırsınızsa cənab prezident ilham Əliyev xaricdə keçirilən toplantıların birində Türkiyə haqında danışılan zaman Türkiyənin təmsilçisi burda yoxdur ,amma mən varam deyə Türkiyəyə dəstək olmuşdu.Biz birbirimizə belə yaxın,birbirinə bu qədər qardaş bir millətik.Eyni millət iki dövlətik.Türkiyə bizim üçün nədirsə Azərbaycan da odur. Burada Türkiyə Cümhuriyyətinin təmsilçiləri olaraq öz vətənizdə vəzifəmizi icra ediri.Öz vətənimizn hər gün daha çox inkişaf etdiyi,gözəlləşdiyini çiçəkləndiyini görməkdən qürur və sevinc duyuruq.Sizin bu sevincinizi bizimlə paylamaqda əlbəttə də ki, sevincini qatqat artırmaqdadır.Bu gün həqiqətən önəmli hadisəyə şahidlik edəcəyik Türk standartlar institutu bu gözəl təhsil kompleksinə İSO9001 sertifikatını və bunu təstiq edən sənədi verəcək.Əlbətdə bu sertifikatın bura verilməsi başdan- başa önəmli hadisədir. Bu Azərbaycanın müstəqillik əldə etdikdən sonra inkişaf səviyyəsini göstərməyi üçün çox önəmli göstəricidir. Azərbaycan hər sahədə dünyanın ən öndəgedən müəssisələri və ölkələri ilə ilə birgə mücadilə edir. İki gün əvvəl cənab prezident böyük cəsarət örnəyi göstərdi. Munhendə ermənistanın baş naziri ilə dünyada çox az rast gəlinən müzkirəsinə şahidlik etdik. Bu debatda Azərbaycanın haqlılığını bütün dünyaya oradan elan etdi. Bu gün də İSO 9001 sertifkatını verərkən hər birimiz Azərbaycanın 28-30 il ərzində haradan-haraya gəldiyini görürük.Mən 1997-ci ildə Azərbaycana ilk dəfə gələndə bu günki Bakıdan çox fərqli Bakı var idi. Aradan keçən müddətdə Azərbaycan öz təhlükəsizliyini təmin etdi,xaoslu günləri geridə qoydu,yeni bir dövlət qurdu və üstəlik böyük inkişaf əldə etdi. Dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildi.Biz də Türkiyə Respublikası olaraq Azərbaycanın bu inkişafının içində yer almaqdan qürur duyuruq. Türk Standartları İnstutu öz sahəsində dünyanın ən öndəgedən təşkilatlarından biri hesab edilir. Bu qurumun verdiyi keyfiyyət sertifikatlarını həqiqətən həmin qurum o keyfiyyətə malik olduğuna görə verib. O standartların davam etdirilməsi üçün də mütləq o qurumun üzərində daimi nəzarəti həyata keçirməkdədir. Yəni verilən sertifikat burada bitmir. Bunun davamlı nəzarəti də ediləcək. Bu eyni zamanda bu təhsil kompleksinin rəhbərliyinin bütün şagirdlərin valideyləri qarşısında verdiyi sözdür.Bu gün aramızda valideynlər də var, onlara da bunu demək istəyirəm ki, sizlər çox haqlı olaraq övladlarınızı ən yaxşı təhsil müəssisələrində təhsil aldırmaq istəyirsiniz.Türkiyə Statdartlar instutu tərəfindən verilən bu keyfiyyət sertifikatı sizin üçün bir təminatdır. Siz övladlarınızı bura göndərərkən bu sizin təhsil kompleksinə inamınızı və etibarınızı artıracaq.Belə ki, həm də buna inanaraq övladlarınızı bu təhsil müəssisəsinə göndərəcəksiniz. Bundan əmin olun ki, bunlardan ən əsası sizin bu məktəbə və Türk Statdartları İnstutuna olan etibarınızdır.Burada verilən təhsil sizin övladlarınızı gələcəyə aparcaq və eyni zamanda da Azərbaycanın gələcəyinə hazırlayacaq. Bu gözəl təhsil müəssisəsində övladlarınızı oxutduğunuz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Verilən bu sertifikatın da Türkiyəyə, Azərbaycana, təhsil ocağına xeyirli olmasını bundan sonra daha böyük inkişaf gətirməsini diləyirəm. Bir daha hər birinizi təbrik edirəm çox sağ olun.Daha sonra Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina Əliyeva çıxış edərək bildirib ki, Bakı Modern Təhsil Kompleksi 8 ildir ki,fəaliyyət göstərir. Fəaliyyəti ərzində kompleksimiz bir neçə nailiyyətlətlərə imza atmışdır. Kompleksin inkişafına tövhə vermək və bu inkişafın sənədlə təstiqi üçün bir sıra addımların atılmasına qərar verdik. Bunun üçün baş ofisi İsveçrədə yerləşən Beynəlxalq Statdartlar Təşkilatının Türkiyədəki rəsmi nümayəndəliyi olan Türk Standartlar İnstutuna 2019-cu ilin müraciət etdik. Elə həmin ilin dekabr ayında son yoxlama mərhələsini keçdik. Bu qurum tərəfindən İdarəetmənin keyfiyyətinin ölçülməsinə görə İSO9001 sertifikatına laiq görüldük.Bu sertikatın bizim təhsil müəssisəsinə verilməsi Bakı Modern Təhsil Kompleksinin xüsusi statusa malik olmasının göstəricisi kimi qiymətləndirilə bilər. Bizim məktəb Azərbaycan Respublikasının təhsil məkanın da ilk tədris ocağıdır ki, beynəlxalq İSO-9001 keyfiyyət sertifikatına laiq görülüb. Bakı Modern Təhsil Kompleksi bu sertifikata idarəetmənin keyfiyyətinə görə xüsusi stasuslu təhsil ocaqlarına təqdim edilir. Sertifikat verilərkən Beynəlxalq Standartlaşma təşkilatı tərəfindən müraciət edən müəssisəsənin işçilərin işə qəbulu, şagirdlərin məktəbə qəbulu,işçilərin rahat iş şəraiti ilə təmin edilməsi, şagirdlər üçün rahat təhsil mühitinin yaradılması,əməyin mühavizəsi, məktəbin ekoloji vəziyyəti yoxlanılaraq sertifikatın verilməsinə qərar verilir.Tədbirdə nöbəti çıxışçı olan Türk Standartlar İnstitutunun rəhbəri Arzu Gülhan Yüzereroğlu 6 ay müddətində burada yoxlamalar aparıldı böyük təlim keçirildi. Daha sonra 1 həftəlik ərzində 3 əməkdaşımız yoxlamalar həyata keçirdi. Labaratoriyalar, siniflərə,şagirdlərlə, valideynlərlə görüşdük,müəllimlərin dərs keyfiyyətinə,imtahan keyfiyyətinə baxdıq və bütün bunların nəticələrini dəyərləndirib bu təhsil kompleksinə sertifikat verilməsinə laiq olduğu qərarına gəldik. Məktəb bundan sonrakı 3 il ərzində bu sertifikatın şərtlərinə əməl edəcək.
Daha sonra sertifikatlar Türkiyənin Azərbaycandaki səfiri Erkan Özoral, Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri və təmsilçisi- Arzu Gülhan Yüzereroğlu tərəfindən BMTK baş direktoru Mina Əliyevaya, BMM direktoru Gülarə Əfəndiyevaya,Bakı Modern Beynəlxalq məktəbinin direktoru Samirə Teymurovaya,”Modern Baby” körpələr evi uşaq bağçasının direktoru Sevda Hüseynovaya və Bakı Modern Təhsil Kompleksinin 9 –cu sinif şagirdi Bəylər Həsənova təqdim edildi.
Tədbir şagirdlərin iştirakı ilə bəddi hissə ilə davam etdirildi.
Qeyd edək ki, ISO9001: Keyfiyyət sistemləri, dizayn və inkişafı, istehsal və xidmətdə keyfiyyət zəmanəti modeli İdarəetmə sistemlərinin sertifikatlaşdırması, beynəlxalq idarəetmə standartlarının tətbiqi müəssisələrin ölçüsü, işçi sayı, hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq onun işinin səmərəli təşkilinə, məhsuldarlığın artılmasına, keyfiyyətli xidmət göstərilməsi və müştəri məmnunluğuna nail olunması baxımından böyük əhəmiyyət daşıyır. Hazırda dünyada insanlara təhlükəsiz iş şəraitinin yaradılması, ətraf mühitin qorunması və qida təhlükəsizliyi əsas prioritet məsələlərdən biridir. İstehsal və idxal olunan məhsulların standartların və normativ sənədlərin nəzərdə tutulan tələblərinə uyğunluğu beynəlxalq standartlar əsasında akkreditatsiya edilmiş laboratoriyalar və İdarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqanlar tərəfindən müəyyən edilir.