Elm

18 Fevral

Təqaüdlə təhsil imkanları və resurslar

Seminarın məqsədi ölkə xaricində təqaüdlə təhsil almaq istəyən tələbələrin hansı təqaüd proqramlarından faydalana biləcəkləri və bu proqrmlar haqqında məlumat əldə edilməsi üçün mövcud resurslar haqqında məlumat veriləcəkdir.

Seminarda eyni zamanda, ölkələr üzrə yaşayış xərcləri və öz hesabına təhsil almaq istəyən tələbələr üçün ölkələr üzrə təhsil ödənişləri haqqında da məlumat veriləckdir.

Seminarda həm bakalavr, həm də magistratura təhsili almaq istəyən tələbələr iştirak edə bilərlər.

Toxunulacaq mövzular:

• Təqaüd proqramlarının növləri.
• Hansı təqaüd proqramları mövcuddur?
• Təqaüdləri hardan axtara bilərsiniz?
• Təqaüdlərə nə vaxt müraciət edə bilərsiniz?
• Təqaüdlərin tələbləri nələrdi?
• Öz hesabına təhsil almaq üçün şərtlər və tələblər nələrdir?
• Ölkələr üzrə təhsil ödənişləri və yaşam xərcləri.

Seminar ÖDƏNİŞSİZDİR !

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçməniz zəruridir.

Qeydiyyatdan keçmək üçün müsaj bölməsindən aşağıdakı məlumatları göndərməyinizi xahiş edirik:
1 Ad, soyad
2 Hazırkı təhsiliniz (orta təhsil, bakalavr və ya magistr)
3 Təhsil aldığınız məktəb/universitet)
4 E-mail və mobil nömrə

Əlaqə: 055 488 90 20 (WhatsApp)

Ünvan: Edupol Study Abroad, Rəşid Behbudov 146A,
Azərbaycan Dillər Universitetinin yanı