Elm

27 Yanvar

Abituriyentlər üçün yeni layihəyə start verilib

Azərbaycanda ilk dəfə 8-11 ci sinif şagirdləri üçün unikal layihəyə start verildi. Layihə bakalavr təhsili almaq istəyən abituriyentlərin gələcəkdə düzgün ixtisas seçiminə dəstək məqsədli nəzərdə tutulub.

Fins.az xəbər verir ki, bu barədə layihə müəllifləri məlumat yayımlayıb 

Məlumatda bildilir ki, ki, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları ərəfəsində bu mövzu daha da aktual məsələyə çevrilir. İstər gənclərin, istərsə də onların valideynlərinin istənilən peşə haqqında düzgün təsəvvürünün olmaması, seçilən peşə üçün hansı şəxsi keyfiyyətlərin tələb edildiyini nəzərə almaması, ələlxüsus da valideynlərin istək və arzularının təsiri gənclərin peşə seçimlərində yanlışlıqlara yol vermələrinə gətirib çıxarır.

Toğrul Ələkbər bunun ölkəmizdə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarından sonra elan edilən müsabiqədə yer alan bütün ixtisaslar barəsində internetdə kifayət qədər doğma dildə informasiya olmadığından və gənclərin bu sahə üzrə mütəxəssisləri tanımadığından irəli gəldiyini bildirdi. Bu səbəbdən komandası ilə birlikdə artıq gənclərin istədikləri peşə barəsində ətraflı məlumata sahib ola biləcəkləri portal ərsəyə gətirib.

 İxtisas.az portalının təqdimat mərasimi baş tutub. Təqdimatda layihənin fəaliyyət istiqamətləri haqqında qonaqlar məlumatlandırıldılar. Portala daxil olan hər bir istifadəçinin qeyd edilən ixtisaslar üzrə məlumatlar, 3 növ peşə seçimi testi, peşəkarlardan məqalələr, canlı konsultasiya, mütəxəssislər tərəfindən  mentorluq dəstəyi kimi xidmətlərdən tam ödənişsiz yararlana biləcəyi bildirildi. Həmçinin , layihənin sonrakı mərhələsində nələr nəzərdə tutulduğu haqda da məlumat verildi.

      Təhsil Nazirliyinin, dövlət qurumlarının, Qeyri – Hökümət təşkilatının. iş adamlarının, universitet və məktəblərin nümayəndələrinin də qatıldığı təqdimat böyük marağa səbəb olub. Həmçinin , layihənin sonrakı mərhələsində nələr nəzərdə tutulduğu haqda da məlumat verildi.

Layihənin eyni zamanda YouTube kanalı da istifadəyə verilib. Kanal vasitəsi ilə müxtəlif ixtisaslar üzrə mütəxəssislərdən alınmış videomüsahibələr gənclərə təqdim ediləcək. Qeyd edək ki, layihənin 2019-2020-ci tədris ilində minimum 500.000 şəxsə öz töhvəsini verəcəyi nəzərdə tutulur.