Tayvanda təqaüdlə təhsil almaq istəyənlər “Taiwan International Graduate Program Scholarship” (Tayvan Beynəlxalq Məzun Proqramı Təqaüdü) proqramından yararlana bilərlər.
Fins.az xəbər verir ki, “Taiwan International Graduate Program Scholarship” proqramıyla Tayvanda magistr və doktorantura səviyyəsində təhsil almaq mümkündür. Bu təqaüd proqramına bütün əcnəbi tələbələr müraciət edə bilərlər.
“Taiwan International Graduate Program Scholarship” tələbələri tam maliyyələşdirən təqaüd proqramıdır.
Təqaüd proqramı aşağıdakı xərcləri qarşılayır:
Aviabilet biletləri;
Viza;
Təhsil;
Qeydlər;
Yerləşdirmə;
Tibbi sığorta;
İllik 12 500 ABŞ dolları təqaüdü.
Təqaüd proqramına son müraciət tarixi 1 fevral 2020-ci ildir.
Təqaüd proqramı haqqında ətraflı məlumata sahib olmaq istəyənlər bu linkə daxil ola bilərlər.