DÜNYA

20 Fevral

Microsoft qlobal elektrik istehlakının 100%-ni bərpa olunan enerji ilə əvəz edərək əsas dayanıqlıq hədəfinə çatıb

Finss.az - Microsoft bu gün illik qlobal elektrik istehlakının 100%-ni bərpa olunan enerji ilə əvəz edərək əsas dayanıqlıq hədəflərindən birinə nail olduğunu açıqlayıb.

Bu məqsəd 2020-ci ildə müəyyən edilmiş hədəflərin tərkib hissəsi olub. Şirkət həmin il 2025-ci ilə qədər qlobal ofislərdə və məlumat mərkəzlərində 100% bərpa olunan enerji istifadəsi, 2030-cu ilədək karbon mənfi olma2050-ci ilədək tarixi karbon emissiyalarını aradan qaldırmağı öhdəsinə götürdüyünü elan etmişdi. 2021-ci ildə isə Microsoft “100/100/0” vizyonunu təqdim edərək elektrik istehlakının 100%-ni sıfır karbonlu mənbələrlə qarşılayacağını bəyan edib.

Microsoft-un Baş Dayanıqlıq Mütəxəssisi Melanie Nakagawa bildirib ki, elektrik emissiyaların əsas mənbəyidir və bu nailiyyət karbon mənfi olmaq yolunda vacib addımdır. Şirkət həmçinin Brookfield ilə ABŞ və Avropada 10,5 GW-dan çox yeni bərpa olunan enerji gücü inkişafı üzrə çoxillik müqavilə imzalayıb; bu, korporativ bərpa olunan enerji sahəsində ən böyük əməliyyat hesab olunur.

Microsoft karbon çıxarış kreditlərinin ən böyük korporativ alıcısı olub və 2025-ci ildə rekord 45 milyon ton karbon dioksidi aradan qaldırmaq üçün müqavilələr bağlayıb. Şirkətin bərpa olunan enerji portfeli 26 ölkədə fəaliyyət göstərir, 40 GW-lıq müqavilə gücünü əhatə edir və 95-dən çox xidmət təminatçısı və inkişaf etdirici ilə 400-dən çox müqaviləyə malikdir.

Nakaqava vurğulayıb ki, bu uğur təkcə şirkət tərəfindən deyil, həm də enerjili mütəxəssislər, mühəndislər, icma liderləri və siyasətçilərin dəstəyi ilə mümkün olub.