DÜNYA

16 Fevral

Yaponiya iqtisadiyyatı IV rübdə cüzi artım göstərdi

Finss.az - Yaponiya iqtisadiyyatı 2025-ci ilin son rübündə gözləntilərdən zəif nəticə göstərib. Rəsmi ilkin məlumatlara görə, ölkənin ÜDM-i əvvəlki rüblə müqayisədə cəmi 0,1% artıb. Analitiklər isə 0,4% yüksəliş proqnozlaşdırırdılar.

İstehlak xərclərinin artım tempi ilin ən aşağı səviyyəsinə enib. Dövlət xərcləri sabit artım nümayiş etdirsə də, ixrac və idxal göstəriciləri mənfi zonada qalıb.

Üçüncü rüb üzrə məlumatlar da aşağı istiqamətdə yenilənib – iqtisadi geriləmə əvvəl açıqlanandan daha dərin olub.

İllik ifadədə isə Yaponiya iqtisadiyyatı IV rübdə 0,2% artım göstərib. Bu nəticələr ölkə iqtisadiyyatında zəif dinamikanın davam etdiyini göstərir.