DÜNYA

16 Fevral

Macarıstan və Slovakiya Xorvatiyadan Rusiya neftinin tranzitinə icazə istəyir

Finss.az - Macarıstan və Slovakiya hökumətləri Xorvatiyaya rəsmi müraciət edərək Rusiya neftinin Xorvatiya ərazisi vasitəsilə nəqlinə icazə verilməsini xahiş ediblər.

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Ukraynanın “Drujba” neft kəməri ilə tranziti bərpa etməməsi alternativ marşrutların axtarışını zəruri edib. Bu məqsədlə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova ilə birlikdə Xorvatiyanın iqtisadiyyat nazirinə məktub göndərilib.

Təklifə əsasən, Rusiya nefti “Adria” boru kəməri vasitəsilə Macarıstan və Slovakiyaya çatdırıla bilər. Tərəflər bildirirlər ki, mövcud sanksiya istisnası dəniz yolu ilə idxala imkan verir və bu mexanizm enerji təhlükəsizliyinin qorunmasına xidmət edə bilər.

Uzunluğu 630 kilometr olan “Adria” kəməri Adriatik dənizi sahilində yerləşən Omişal limanından başlayaraq region ölkələrinə neft nəql edir. Sistemin illik ötürmə gücü 34 milyon ton təşkil edir və operatoru Xorvatiyanın JANAF şirkətidir.