DÜNYA

12 Fevral

Qlobal təklifin tələbi üstələməsi neft bazarına təzyiq yaradacaq - EIA

2026-cı ilin yanvar ayında “Brent” markalı neftin orta qiyməti bir barrel üçün 67 ABŞ dolları təşkil edib ki, bu göstərici 2025-ci ilin sentyabr ayından bəri ən yüksək səviyyə sayılır.

Finss.az Enerji İnformasiyası İdarəsinin (EIA) məlumatına əsasən xəbər verir ki, qiymət artımı əsasən əlverişsiz hava şəraiti səbəbindən qlobal neft tədarükündə yaranmış fasilələrİran ətrafındakı geosiyasi gərginliyin artması ilə əlaqələndirilir. EIA qeyd edir ki, bu qısamüddətli amillərə baxmayaraq, 2026-cı ildə neft qiymətlərinin azalması gözlənilir. Proqnoza əsasən, qlobal istehsal tələbi üstələyəcək və bu, neft ehtiyatlarının artmasına səbəb olacaq.

EIA-nın proqnozuna görə, Brent markalı neftin orta qiyməti 2026-cı ildə 58 ABŞ dolları, 2027-ci ildə isə 53 ABŞ dolları təşkil edəcək. Eyni zamanda, Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatının 2026 və 2027-ci illərdə orta hesabla gündə 0,54 milyon barel olacağı gözlənilir.

Fuad Mədətov
Finss.az