Finss.az - ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Venesuela ilə bağlı sanksiya rejimində müəyyən yumşalmalara gedib.
Qurum Venesuelaya malların və xidmətlərin tədarükünə, eləcə də neft və qazın kəşfiyyatı, işlənməsi və hasilatı ilə bağlı əməliyyatlara icazə verən ümumi lisenziya yayımlayıb.
Rəsmi sənədə əsasən, ABŞ şirkətləri Venesuelada neft və təbii qaz layihələrində iştirak edə biləcək. Lisenziya çərçivəsində ödənişlərin emalı, logistika və daşınma xidmətləri, gəmilərin fraxt edilməsi, dəniz sığortası, liman və terminal xidmətləri, həmçinin hasilat avadanlıqlarının təmiri də icazə verilən fəaliyyətlər sırasındadır.
Bununla belə, sənəddə bir sıra məhdudiyyətlər də yer alıb. Venesuela hökuməti və ya dövlətə məxsus PDVSA şirkəti ilə bağlanacaq müqavilələr ABŞ qanunvericiliyinə uyğun olmalı və yaranacaq mübahisələr ABŞ məhkəmələrində həll edilməlidir.
Eyni zamanda, Rusiya, İran, KXDR, Kuba və Çinlə əlaqəli fiziki və hüquqi şəxslərin bu əməliyyatlarda iştirakı qadağan edilib.
