DÜNYA

09 Fevral

Çinin valyuta ehtiyatları 10 ilin maksimumuna çatdı – yuan möhkəmlənir, qızıl alışları davam edir

Finss.az - Çinin valyuta ehtiyatları yanvar ayında əhəmiyyətli artım göstərərək son on ilin ən yüksək səviyyəsinə yüksəlib.

Çin Xalq Bankının məlumatına görə, ehtiyatların həcmi 3,4 trln dollara yaxınlaşıb və artıq yeddinci aydır artım tendensiyası davam edir.

Müsbət dinamika yuanın möhkəmlənməsi və ABŞ dollarının qlobal bazarlarda zəifləməsi fonunda formalaşıb. Bu proses Çinin maliyyə sabitliyini gücləndirən əsas amillərdən biri kimi qiymətləndirilir.

Eyni zamanda Çin Mərkəzi Bankı qızıl ehtiyatlarını artırmaqda davam edir. Ardıcıl 15 aydır davam edən qızıl alışları ölkənin ehtiyat strukturunun şaxələndirilməsinə və risklərin azaldılmasına yönəlib.

Analitiklərin fikrincə, Çinin valyuta və qızıl ehtiyatlarının artması qlobal maliyyə bazarlarında Pekinin mövqelərini daha da gücləndirir və yuanın beynəlxalq rolunun artmasına şərait yaradır.