Finss.az xəbər verir ki, Almaniyanın Destatis Federal Statistika Agentliyinin ilkin məlumatlarına əsasən, ölkənin ümumi daxili məhsulu (ÜDM) 2025-ci ilin dördüncü rübündə üçüncü rüblə müqayisədə 0,3% artıb. Bu göstərici son üç rüb ərzində qeydə alınan ən yüksək artım tempi olub.
“Trading Economics”in istinad etdiyi ekspertlərin konsensus proqnozu Almaniya ÜDM-nin rüblük 0,2% artacağını nəzərdə tuturdu. Açıqlanan statistika isə gözləntiləri üstələyib.
Məlumata görə, bütün 2025-ci il üzrə Almaniyanın ÜDM-i 0,2% artım göstərib. Bu göstərici yanvarın 15-də dərc edilən ilkin məlumatlarla tam üst-üstə düşür.
Analitiklər hesab edirlər ki, rüblük artım tempinin sürətlənməsi Almaniya iqtisadiyyatında tədricən bərpa əlamətlərinin gücləndiyini göstərir.
