DÜNYA

30 Yanvar

Yüksək əlavə dəyərli məhsullar Rusiyanın aqrar ixracını artırır

Finss.az xəbər verir ki, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Oksana Lut 2025-ci ilin sonunda ölkənin kənd təsərrüfatı məhsullarının ixracından əldə etdiyi gəlirin 41,5 milyard dollar təşkil edəcəyini gözlədiklərini bildirib. Nazir bu barədə “Rossiya 24” telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən ilin yekunlarına əsasən kənd təsərrüfatı məhsullarının ixrac həcmi 41,5 milyard dollar ekvivalentində qiymətləndirilir. Bu məbləğin 19 milyard dolları yüksək əlavə dəyərə malik məhsulların payına düşür ki, bu da 8% artım deməkdir. Nazir bu göstəriciləri “çox yaxşı rəqəmlər” kimi dəyərləndirib.

Oksana Lut qeyd edib ki, ixracatçılar fəaliyyətlərini yenidən strukturlaşdırır və tədarük coğrafiyası genişlənir. Hazırda Rusiya dünyanın 160-a yaxın ölkəsinə kənd təsərrüfatı məhsulları ixrac edir.

Xatırladaq ki, Federal Gömrük Xidmətinin məlumatına əsasən, 2024-cü ildə Rusiya 42,6 milyard dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib.