DÜNYA

30 Yanvar

Avrozonada ÜDM artımı gözləntilərdən yüksək olub

Finss.az xəbər verir ki, Avropa İttifaqının Eurostat statistika idarəsinin ilkin məlumatlarına əsasən, avrozonanın iqtisadiyyatı 2025-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 0,3% genişlənib.

İllik ifadədə avrozonada ÜDM artımı 1,3% təşkil edib. Bu göstəricilər bazar iştirakçılarının gözləntilərindən daha yüksək olub.

Ekspertlər orta hesabla avrozonanın ümumi daxili məhsulunun rüblük 0,2%, illik isə 1,2% artacağını proqnozlaşdırırdılar. Açıqlanan rəsmi statistika isə bu proqnozları üstələyib.

Analitiklər bildirirlər ki, iqtisadi artım tempinin gözləntiləri aşması Avropa iqtisadiyyatında sabitləşmə meyllərinin gücləndiyini göstərir.