DÜNYA

29 Yanvar

Qızıl, gümüş və platin: bazarda rekord bahalaşma

Finss.az xəbər verir ki, cümə axşamı günü qızıl qiymətlərində rekord artım davam edib.

Moskva vaxtı ilə saat 13:16-da Comex birjasında aprel qızıl fyuçerslərinin kotirovkaları 4% artaraq 1 unsiya üçün 5548,8 dollar təşkil edib. Yanvar ayının əvvəlindən etibarən qızıl son doqquz sessiyanın rekordlarını yeniləyərək 27% bahalaşıb.

Eyni zamanda, gümüş fyuçersləri 3,3% artaraq 1 unsiya üçün 117,3 dollar, platinin qiyməti isə 4,1% artaraq 2 736,7 dollar/unsiyaya çatıb.

Ekspertlərin fikrincə, qiymətli metalların artımı geosiyasi gərginlik fonunda investorlarda müdafiə aktivlərinə olan tələbatın yüksəlməsi ilə izah olunur. Bu, qlobal bazarda qızıl, gümüş və platinin investorlar üçün strateji əhəmiyyətini artırır.