DÜNYA

29 Yanvar

Neft qiymətləri sürətlə bahalaşır

Finss.az xəbər verir ki, cümə axşamı gün ərzində neft qiymətləri sürətlə bahalaşıb və Brent markalı neft sentyabrdan bəri ilk dəfə olaraq bir barel üçün 70 dolları keçmək üzrə olub.

Moskva vaxtı ilə saat 13:47-yə olan vəziyyətə görə, London ICE Futures birjasında mart fyuçerslərinin dəyəri 1,5 dollar (2,2%) artaraq 69,90 dollar təşkil edib. Əvvəlki kotirovkalar bir barel üçün 70,35 dollara qədər yüksəlmişdi.

Eyni zamanda, Nyu-York əmtəə birjası (NYMEX) üzrə mart ayı üçün WTI neft fyuçersləri 1,47 dollar (2,33%) artaraq 64,68 dollar olub.

Ekspertlər qeyd edirlər ki, qiymətlərin bu sürətlə yüksəlməsi qlobal enerji tələbitəchizat narahatlıqları ilə bağlıdır. Xam neft bazarındakı bu artım yanacaq və enerji sektoruna təsir edən əsas faktorlar arasında qalır.