Finss.az xəbər verir ki, İsveç parlamenti krondan avroya keçid ehtimalını müzakirə edib. SVT telekanalının məlumatına görə, bu məsələ xüsusilə ölkənin təhlükəsizlik və iqtisadi siyasəti kontekstində nəzərdən keçirilib.
Maliyyə naziri Elizabet Svantesson bildirib ki, təşəbbüsü “lap əvvəldən ələ almaq” və həm müsbət, həm də mənfi tərəflərini ətraflı təhlil etmək niyyətindədir. O, payız parlament seçkilərindən sonra vəzifəsində qalacağı təqdirdə məsələyə yekun həll gətirmək planı olduğunu açıqlayıb.
Svantesson xatırladıb ki, 2003-cü ildə İsveç avroya qarşı səs vermişdi, lakin son illərdə baş verən iqtisadi və maliyyə hadisələri, o cümlədən avrozona ölkələrinə ağır zərbə vuran maliyyə böhranları və dünya liderlərinin qərarları səbəbindən mövzunu yenidən araşdırmaq vacibdir.
Maliyyə naziri həmçinin qeyd edib ki, bu yeni araşdırma İsveçin iqtisadi sabitliyi və valyuta siyasətinin gələcək strategiyasını müəyyən etmək baxımından əhəmiyyətlidir.
