Finss.az xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Paula Pinho brifinq zamanı bildirib ki, Avropa İttifaqı ilə Hindistan arasında azad ticarət sazişi Dehlidə simvolik olaraq imzalanıb, lakin rəsmi imzalanmadan əvvəl məcburi prosedurlar hələ tamamlanmalıdır.
Paula Pinho qeyd edib ki, “Bu gün baş tutan mərasim daha çox simvolik xarakter daşıyır. Prosedura uyğun olaraq rəsmi imzalanma mərhələsi hələ irəlidədir”.
O, Dehlidə keçirilən imzalanma mərasimini prosesin əsas mərhələlərindən biri kimi dəyərləndirib və bunun Aİ ilə Hindistan arasında ticarət və iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd olunur ki, bu saziş Avropa İttifaqı ilə Hindistan arasında iqtisadi əlaqələrin dərinləşdirilməsinə və qarşılıqlı ticarət imkanlarının genişlənməsinə xidmət edəcək.
