DÜNYA

28 Yanvar

Tramp: ABŞ dollarının zəifləməsi məni narahat etmir

Finss.az - ABŞ Prezidenti Donald Tramp dolların zəifləməsinə laqeyd yanaşdığını bildirib. Bu barədə o, çərşənbə axşamı Ayovada jurnalistlərin sualına cavab verərkən deyib:

“Xeyr, məncə, bu əladır,” – deyə Tramp milli valyutanın dəyərinin düşməsinə münasibət bildirərkən qeyd edib. Prezident əlavə edib ki, “dollarla hər şey gözəldir.” Bunun ardınca ABŞ dolları 2022-ci ilin əvvəlindən bəri ən aşağı səviyyəsini yeniləyib.

Tramp Çin və Yaponiyanın valyutalarını süni zəiflətməsinə də diqqət çəkib:
“Çin və Yaponiya ilə mübarizə aparmışam, çünki onlar həmişə yenu və yuanı zəiflətmək istəyirdilər. Bunu bilirsiniz? Onlar daima zəiflədirdilər. Mən isə dedim: ‘Bu ədalətsizdir, çünki siz zəiflədirsiniz’ – çünki zəifləmələri ilə rəqabət aparmaq çətindir,” – deyə o vurğulayıb.

Ekspertlər qeyd edirlər ki, Tramp administrasiyasındakı bir çox şəxslər dolların zəifləməsini ölkə ixracının rəqabət qabiliyyətini artırmaq üçün məqsədəuyğun hesab edirlər. Bank of Nassau-nun baş iqtisadçısı Vin Tin bunu “hesablanmış risk” adlandırır.

Eurizon SlC Capital-in təsisçisi Stiven Cən isə administrasiyanın milli valyutaya münasibətinin dolların yeni bir zəifləmə mərhələsinin başlanğıcı olduğunu düşünür.

Valyuta bazarında vəziyyət belədir: ICE DXY indeksi, dolların altı valyutaya (avro, İsveçrə frankı, yen, Kanada dolları, funt sterlinq və İsveç kronu) nisbətən dinamikasını göstərir, çərşənbə günü 0,17% azalıb. Daha geniş WSJ Dollar Index isə 0,08% artıb.