Finss.az - Meksika prezidenti Klaudia Şeynbaum Kubaya neft tədarükü ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Belə ki, bəzi mənbələr Meksikanın dövlətə məxsus neft şirkəti Pemex-in ABŞ-ın təzyiqləri fonunda Havanaya neft ixracını dayandırdığı barədə xəbərlər yayıb. Bu barədə EFE agentliyi məlumat verir.
Prezident Şeynbaum bildirib ki, Meksikanın Kubaya neft tədarükü humanitar səbəblərə əsaslanan suveren qərardır və bu siyasət uzun illərdir həyata keçirilir.
“Meksikanın Kubaya neft tədarük etməsi humanitar mülahizələrə əsaslanan suveren qərardır. Bu, yeni qəbul edilmiş qərar deyil, uzun illərdir mövcuddur”, – deyə Şeynbaum vurğulayıb.
Onun sözlərinə görə, bu məsələdə Meksikanın mövqeyi dəyişməz qalır və ölkə xarici təzyiqlərə baxmayaraq öz müstəqil qərarlarını verməkdə davam edir.
