DÜNYA

27 Yanvar

ABŞ–Cənubi Koreya ticarətində gərginlik

Finss.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Cənubi Koreyadan idxal olunan mallara tətbiq edilən rüsumların 15%-dən 25%-ə qaldırıldığını açıqlayıb.

Tramp bu qərarı Truth Social sosial şəbəkəsində paylaşdığı açıqlamada əsaslandıraraq bildirib ki, Koreya Parlamenti ABŞ-la bağlanmış tarixi ticarət sazişini ratifikasiya etməyib. Prezidentin sözlərinə görə, bu səbəbdən Cənubi Koreya avtomobilləri, taxta-şalban, əczaçılıq məhsulları və qarşılıqlı tariflərə tabe olan digər mallar üçün rüsumlar artırılıb.

ABŞ lideri vurğulayıb ki, Cənubi Koreyanın qanunverici orqanı Vaşinqton qarşısında götürdüyü ticarət öhdəliklərini yerinə yetirmir. Analitiklərin fikrincə, bu addım ABŞ–Cənubi Koreya ticarət münasibətlərində gərginliyi daha da artıra və qlobal bazarlara təsir göstərə bilər.