Finss.az xəbər verir ki, Səudiyyə Ərəbistanında 2025-ci ilin noyabr ayında neft hasilatı oktyabr ayı ilə müqayisədə 0,5% artaraq gündəlik 10,05 milyon barel təşkil edib. Bu, 2024-cü ilin noyabr ayı ilə müqayisədə illik ifadədə 12,6% artım deməkdir.
Eyni dövrdə ölkənin neft ixracı 3,9% artaraq gündəlik 7,378 milyon barel səviyyəsinə yüksəlib. Oktyabrda ixrac həcmi 7,098 milyon barel idi, bu da illik müqayisədə 18,9% artım deməkdir.
Analitiklər bildirirlər ki, Səudiyyə Ərəbistanının neft hasilatı və ixracındakı artım qlobal enerji bazarına təsir edir və ticarət strategiyalarını müəyyənləşdirən əsas amillərdən biridir.
