DÜNYA

23 Yanvar

Media sektorunda rəqabət qızışır: Paramount və Netflix WBD uğrunda

Finss.az xəbər verir ki, Paramount Skydance Corp. səhmdarlara təklifini daha ətraflı dəyərləndirmək üçün əlavə vaxt vermək məqsədilə Warner Bros. Discovery (WBD) şirkətini almaq üçün irəli sürdüyü tender təklifinin müddətini təxminən bir ay uzadaraq 20 fevral tarixinə qədər çatdırıb.

Qeyd edək ki, ilkin olaraq müəyyən edilən 21 yanvar tarixinə qədər Paramount, ümumi dövriyyədə olan səhmlərin 6,8%-ni təşkil edən 168,5 milyon WBD səhm sahiblərindən tender sifarişləri qəbul etmişdi.

Şirkət WBD səhmlərini hər səhm üçün 30 dollardan almaq niyyətini bir daha təsdiqləyib. Paramount rəhbərliyi bildirir ki, bu addım investorların şirkətin təklifinin Netflix Inc. tərəfindən irəli sürülə biləcək rəqabətli təklifdən daha üstün olduğunu daha yaxşı dərk etmələrinə şərait yaratmaq məqsədi daşıyır.

Analitiklərin fikrincə, media sektorunda konsolidasiya prosesləri sürətlənir və Warner Bros. Discovery ətrafında gedən bu proses bazarda rəqabəti daha da gücləndirir.