Finss.az xəbər verir ki, ABŞ dolları Prezident Donald Trampın siyasəti fonunda yaranan qeyri-müəyyənliyə baxmayaraq, beynəlxalq hesablaşmalarda lider mövqeyini qoruyub saxlayır. Swift beynəlxalq hesablaşma sisteminin məlumatına görə, 2025-ci ilin dekabr ayında dolların payı 50,5%-ə yüksəlib.
Bu göstərici Swift-in 2023-cü ildə məlumat toplama metodologiyasını dəyişməsindən bəri qeydə alınan ən yüksək səviyyə hesab olunur. Müqayisə üçün qeyd edək ki, noyabr ayında dolların payı 46,8% təşkil etmişdi.
Swift dolların mövqeyinin möhkəmlənməsini beynəlxalq hesablaşmalarda avronun istifadəsinin azalması ilə izah edir. Belə ki, avronun payı ilin ən aşağı səviyyəsinə enərək 21,9% olub.
Beynəlxalq ödənişlərdə ən çox istifadə edilən digər valyutalara funt sterlinq, Kanada dolları, Yapon yeni və Çin yuanı daxildir. Məlumata görə, Çin milli valyutasının beynəlxalq hesablaşmalardakı payı dekabr ayında 2,9%-dən 2,7%-ə düşüb.
Analitiklər hesab edirlər ki, mövcud geosiyasi və iqtisadi risklər fonunda ABŞ dolları hələ də qlobal maliyyə sistemində əsas ehtiyat və hesablaşma valyutası olaraq qalır.
