DÜNYA

22 Yanvar

Berkshire Hathaway-dən strateji addım

Finss.az xəbər verir ki, investisiya nəhəngi Berkshire Hathaway Inc. on ildən artıqdır səhmdarı olduğu ABŞ-ın iri qida istehsalçısı Kraft Heinz Co.-dakı payını satma ehtimalını nəzərdən keçirir.

Bu barədə Kraft Heinz şirkəti ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi rəsmi açıqlamada məlumat verib.

Hazırda Berkshire Hathaway Kraft Heinz-in 325,442 milyon səhminə sahib olmaqla şirkətin 27,5%-lik payını nəzarətdə saxlayır və bu göstərici onu ən böyük səhmdar statusuna yüksəldir.

Qeyd edək ki, Berkshire Hathaway 2015-ci ildə Kraft FoodsH.J. Heinz şirkətləri arasında baş tutan birləşmənin əsas təşəbbüskarlarından biri olub. Lakin analitiklərin qiymətləndirməsinə görə, bu birləşmə gözlənilən maliyyə nəticələrini tam təmin etməyib və şirkətin bazar göstəriciləri son illərdə zəif performans nümayiş etdirib.

Mütəxəssislər bildirirlər ki, payın mümkün satışı Berkshire Hathaway-in investisiya strategiyasında dəyişikliklərdən xəbər verə bilər və bu addım Kraft Heinz-in səhmlərinə bazarda əlavə təzyiq yarada bilər.