DÜNYA

22 Yanvar

Avropa Parlamenti Ukraynaya 90 milyard avro kredit verilməsini təsdiqlədi

Finss.az xəbər verir ki, Avropa Parlamenti Avropa İttifaqı Şurasının Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avro məbləğində kreditin verilməsi barədə qərarını təsdiqləyib. Bu qərar “gücləndirilmiş əməkdaşlıq proseduru” çərçivəsində Strasburqda keçirilən plenar iclasda qəbul olunub. İclas nəticəsində 499 deputat lehinə, 135 deputat əleyhinə, 24 deputat isə bitərəf səs verib.

Qeyd edək ki, Ukraynaya maliyyə yardımı barədə qərar 2025-ci il dekabrın 18-də Brüsseldə keçirilən Aİ sammitində razılaşdırılıb. Avropa Komissiyası isə rəsmi təklifi 2026-cı il yanvarın 14-də təqdim edib.

Ekspertlər bildirirlər ki, bu maliyyə paketi Ukraynanın iqtisadi sabitliyinin təmin edilməsində və ölkənin 2026-2027-ci illərdəki inkişaf planlarının həyata keçirilməsində mühüm rol oynayacaq.