DÜNYA

21 Yanvar

Rusiyanın neft ixracı və emal həcmləri yüksəldi

Finss.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatına görə, Rusiyanın 2025-ci ilin dekabr ayında neft və neft məhsulları ixracından əldə etdiyi gəlir 11,35 milyard dollar təşkil edib. Bu, noyabr ayı ilə müqayisədə 250 milyon dollar və bir il əvvələ nisbətən 3,21 milyard dollar azdır.

Dekabr ayında Rusiyanın neft ixracı gündə 620.000 barel artaraq 7,55 milyon barelə çatıb. Xam neft ixracı isə dekabrda gündə 250.000 barel artaraq 4,91 milyon barelə yüksəlib ki, bu da noyabr ayındakı azalmanı qismən kompensasiya edir. 2024-cü ilin dekabr ayı ilə müqayisədə gündəlik artım 450.000 barel təşkil edib.

Neft məhsullarının satışları isə həm aylıq, həm də illik müqayisədə artım göstərib: gündəlik 370.000 barel (noyabrla müqayisədə) və illik 630.000 barel artaraq 2,63 milyon barelə çatıb. Bu artım əsasən emal həcmlərinin yüksəlməsi ilə bağlıdır. Xüsusilə, gazoil (+280 min barel/gün)xam neft (+170 min barel/gün) satış həcmləri əhəmiyyətli dərəcədə artıb.

Analitiklər bildirirlər ki, dekabr göstəriciləri Rusiya neft bazarında tədarük və emal gücünün artdığını göstərir və qlobal enerji bazarında qiymət dinamikasına təsir göstərə bilər.