DÜNYA

19 Yanvar

TCO: Elektrik Problemləri Neft İstehsalına Təsir Göstərib

Finss.az xəbər verir ki, TCO agentliyə bildirib ki, “Tengizchevroil” MMC elektrik paylama sistemlərində yaranan problemlər səbəbindən Tengiz və Korolevskoye yataqlarında neft hasilatını müvəqqəti olaraq dayandırıb.

Şirkət məsələ ilə bağlı açıqlamasında qeyd edib:
“Tengizchevroil ehtiyat tədbiri olaraq Tengiz və Korolevskoye yataqlarında istehsalı müvəqqəti olaraq dayandırdığını təsdiqləyir. Bu qərar istehsal müəssisələrində bəzi elektrik paylama sistemlərinə təsir edən vəziyyətlə əlaqədar verilib.”

Məlumata görə, hadisə nəticəsində işçilər arasında xəsarət alan olmayıb. Hazırda texniki xidmət qrupları yaranmış problemlərin səbəblərini araşdırır və istehsalın bərpası üçün müvafiq tədbirlər görür.

Analitiklər bildirirlər ki, Tengiz və Korolevskoye yataqları Qazaxıstanın neft hasilatında mühüm rol oynadığı üçün, bu cür fasilələr qlobal neft bazarı tərəfindən diqqətlə izlənilir.