Finss.az xəbər verir ki, Milli İqtisadiyyat Nazirliyinin məlumatına görə, Qazaxıstanın ümumi daxili məhsulu (ÜDM) 2025-ci ildə 6,5% artıb. İqtisadi artıma əsas töhfə verən sahələr sənaye, nəqliyyat, tikinti və ticarət sektorları olub.
Məlumata əsasən, il ərzində sənaye istehsalı indeksi 7,4%, istehsal sektoru isə 6,4% artım nümayiş etdirib. Bu artım əsasən qida istehsalının 8,1%, emal olunmuş neft məhsullarının 5,9%, kimya məhsullarının 9,8%, metallurgiya istehsalının 1,2% və maşınqayırma sənayesinin 12,9% yüksəlməsi hesabına təmin olunub.
Bununla yanaşı, nəqliyyat və anbar təsərrüfatında 20,4%, tikinti sektorunda 15,9%, ticarət sahəsində isə 8,9% artım qeydə alınıb. Rəqəmlər Qazaxıstan iqtisadiyyatında şaxələndirmə proseslərinin davam etdiyini və qeyri-neft sektorunun rolunun artdığını göstərir.
