Finss.az xəbər verir ki, Balıqçılıq Donanması Sahibləri Assosiasiyasının (AFFO) Union Forsea Corp.-un hesablamalarına istinadən yaydığı məlumata görə, 2025-ci ildə Rusiya Cənubi Koreyaya 250 min ton balıq məhsulları ixrac edib. Bu göstərici 2024-cü ilin 250,9 min tonluq səviyyəsi ilə demək olar ki, eynidir.
Məlumata görə, dekabr ayında balıq məhsullarının ixracı illik müqayisədə 43% artaraq 14,3 min tondan 20,4 min tona yüksəlib. Ekspertlərin fikrincə, ilin son ayında qeydə alınan bu artım əvvəlki aylarda formalaşan ixrac çatışmazlığının kompensasiya edilməsinə imkan verib.
Qeyd olunur ki, Cənubi Koreya Rusiya üçün balıq və dəniz məhsullarının əsas ixrac bazarlarından biri olaraq qalır və tədarük həcmlərinin sabit saxlanılması balıqçılıq sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
