DÜNYA

09 Yanvar

Türkiyədə inflyasiya 2026-cı ildə 24,4%, 2027-ci ildə 18,9% olacaq - ING

Niderlandın “ING” bank qrupunun proqnozuna görə, Türkiyədə inflyasiyanın 2026-cı ildə 24,4%, 2027-ci ildə isə 18,9% səviyyəsində olacağı gözlənilir.

Finss.az “ING Group”a istinadən xəbər verir ki, 2025-ci ildə Türkiyədə illik inflyasiya 30,9% təşkil edib.

Türkiyə Statistika İnstitutunun (TurkStat) noyabr ayına dair məlumatına əsasən:

  • İstehlak qiymətləri əvvəlki aya nisbətən 0,87%,
  • İstehsalçı qiymətləri indeksi isə 0,84% artıb.

İllik inflyasiya:

  • İstehlak qiymətləri indeksi üzrə 31,07%,
  • Daxili istehsalçı qiymətləri indeksi üzrə 27,23% səviyyəsində olub.

Qeyd olunur ki, noyabr ayında istehlak qiymətlərinin aylıq artımı 0,87% ilə son iki il yarım ərzində ən aşağı göstərici olub. Eyni zamanda, illik inflyasiyanın 31,07% səviyyəsi son dörd il ərzində müşahidə olunan ən aşağı göstərici hesab olunur.

Fuad Mədətov
Finss.az