DÜNYA

08 Yanvar

OPEC+ dörd ölkə üzrə artıq hasilat kompensasiyasını açıqladı

Finss.az xəbər verir ki, OPEC tərəfindən təqdim edilən yenilənmiş kompensasiya cədvəlinə əsasən, dörd OPEC+ ölkəsi dekabr ayından iyun ayına qədər ümumilikdə təxminən 4,57 milyon barel/gün artıq hasilatı kompensasiya etməlidir.

Məlumata görə, bu göstərici simvolik olaraq Qazaxıstan, İraq, BƏƏ və Omanın noyabr ayından iyun ayına qədər kompensasiya etməli olduğu 4,589 milyon barel/günlük əvvəlki “borc” göstəricisindən bir qədər azdır.

Yenilənmiş cədvələ əsasən, Qazaxıstan dekabr–iyun dövrü üzrə 3,536 milyon barel/gün (əvvəlki cədvəldə 3,357 milyon barel/gün), İraq 771 min barel/gün (əvvəlki 947 min barel/gün), Birləşmiş Ərəb Əmirlikləri 223 min barel/gün (əvvəlki 244 min barel/gün), Oman isə 40 min barel/gün artıq hasilatı kompensasiya etməlidir.

Kompensasiya mexanizmi ilə bağlı son məlumatlar nəzərə alınmaqla, OPEC+-ın yanvar ayı üçün neft hasilatı planı dekabr ayı ilə müqayisədə 148 min barel/gün azaldılacaq. Qeyd edək ki, əvvəlki gözləntilər 128 min barel/gün azalma istiqamətində idi. Beləliklə, alyansın ümumi hasilatı yanvarda 38,221 milyon barel/gün səviyyəsinə enəcək.

Fevral ayında OPEC+ ölkələrinin ümumi kvotası 37,780 milyon barel/gün, mart ayında isə 37,778 milyon barel/gün təşkil edəcək. Ekspertlər bu azalmaların qlobal neft bazarında tarazlığın qorunmasına yönəldiyini bildirirlər.