DÜNYA

06 Yanvar

ABŞ-da İflas Dalğası Güclənir

Finss.az xəbər verir ki, SP Global Market Intelligence-in məlumatına görə, ABŞ-da korporativ iflasların sayı 2025-ci ildə artmaqda davam edib və bu göstərici qlobal maliyyə böhranının başa çatmasından sonra son 15 il ərzində 11 aylıq ən yüksək səviyyəyə çatıb.

Məlumata əsasən, ilin əvvəlindən noyabr ayının sonunadək ən azı 717 şirkət müflisləşmə üçün müraciət edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur2024-cü ilin ümumi göstəricisini (686 müraciət) artıq üstələyib. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə 828 şirkət iflas müraciəti ilə çıxış edib.

Statistikaya müflisləşmə üçün müraciət zamanı aktivləri və ya öhdəlikləri ən azı 2 milyon dollar olan açıq səhmdar cəmiyyətləri, eləcə də aktivləri və ya öhdəlikləri 10 milyon dollardan çox olan açıq şirkətlər daxil edilib.

Analitiklərin fikrincə, ABŞ şirkətləri üçün əsas mənfi amillər yüksək inflyasiya və faiz dərəcələri, həmçinin Donald Tramp administrasiyasının ticarət siyasəti nəticəsində yaranan qeyri-müəyyənliklər olub. Bu amillər biznes mühitində riskləri artıraraq korporativ maliyyə dayanıqlığını zəiflədib.