Finss.az xəbər verir ki, Citigroup-un direktorlar şurası Rusiyadakı Citibank törəmə müəssisəsinin satışını təsdiqləyib. Amerika maliyyə qrupunun investorlara açıqladığı məlumata əsasən, sövdələşmənin 2026-cı ilin birinci yarısında bağlanması və bu prosesin təxminən 1,1 milyard dollar zərərlə nəticələnməsi gözlənilir.
Xatırladaq ki, 2025-ci ilin noyabr ayında Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan sərəncamla Renaissance Capital – Financial Consultant MMC-yə Citigroup-un Rusiyadakı törəmə bankının 100 faizinin alınmasına icazə verilib.
Məlumata görə, Citigroup 2026-ci ilin dördüncü rübü üzrə maliyyə hesabatlarında Citibank-ı satış üçün saxlanılan aktiv kimi göstərməyi planlaşdırır. Qeyd olunan zərərin əsas hissəsi məzənnə düzəlişləri ilə bağlıdır və bu, yığılmış digər ümumi gəlirlərdə əks olunacaq.
