DÜNYA

06 Yanvar

Qlobal Mis Tədarükü Təhlükədə

Finss.az xəbər verir ki, Çilidə yerləşən iri mədənlərdən birində baş verən tətil qlobal mis tədarükünün azalacağı ilə bağlı narahatlıqları artırıb. Bu fondda dünya bazarlarında mis qiymətləri bazar ertəsi axşamı yeni rekordlar qırmağa davam edib.

London Metal Birjasında (LME) üç ay müddətinə çatdırılma üçün mis fyuçerslərinin qiyməti ticarət zamanı 4,3 faiz artaraq ton başına 13 min dollar həddini keçib. Bu göstərici mis bazarı üçün tarixi maksimumlardan biri hesab olunur.

Qeyd edək ki, son bir il ərzində mis qiymətləri 42 faiz artaraq 2009-cu ildən bəri ən sürətli yüksəliş tempini nümayiş etdirib. Analitiklər bu artımı əsasən qlobal tədarük riskləri və sənaye metallərinə artan tələbatla əlaqələndirirlər.