DÜNYA

05 Yanvar

Qlobal Nikel Təklifində Dəyişiklik Gözlənilir

Finss.az xəbər verir ki, İndoneziyanın nikel istehsalını azaltmaq niyyəti ilə bağlı açıqlamasından sonra dünya bazarlarında nikel qiymətləri son doqquz ayın ən yüksək səviyyəsinə yüksəlib. Bu xəbər qlobal əmtəə və metal bazarlarında ciddi maraq doğurub.

Çərşənbə axşamı London Metal Birjasında (LME) nikelin qiyməti 4,7% artaraq ton başına 16 560 dollara çatıb. Analitiklər qiymət artımını əsas istehsalçı ölkə olan İndoneziyanın siyasət dəyişikliyi ilə əlaqələndirirlər.

CNBC-nin İndoneziya Enerji və Mineral Ehtiyatlar naziri Bahlil Lahadaliyə istinadən yaydığı məlumata görə, ölkə bazarda təklif və tələbin daha yaxşı balanslaşdırılması məqsədilə 2026-cı ildə nikel istehsalını azaltmağı planlaşdırır.

Qeyd edək ki, İndoneziya dünya üzrə nikel istehsalının təxminən 70%-ni təmin edir. Bu səbəbdən ölkənin istehsalla bağlı hər hansı qərarı qlobal nikel bazarına və metal qiymətlərinə birbaşa təsir göstərir.