Finss.az xəbər verir ki, Avrasiya İqtisadi Birliyi (AAİB) ölkələri ilə İndoneziya arasında azad ticarət müqaviləsi imzalanıb. İmzalanan razılaşmaya əsasən, birliyin Asiya respublikasına ixrac etdiyi malların 94%-i üzrə tariflərin aradan qaldırılması gözlənilir.
Müqavilənin imza mərasimi Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının (AAİB) iclası zamanı baş tutub. Bu razılaşma AAİB ölkələrinin beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi və regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Qeyd olunur ki, bu AAİB ölkələri tərəfindən bu il bağlanan üçüncü azad ticarət müqaviləsidir. Bu yayın əvvəlində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə azad ticarət müqaviləsi və Monqolustan ilə müvəqqəti ticarət müqaviləsi imzalanmışdı. Analitiklər bildirirlər ki, İndoneziya ilə imzalanan müqavilə Asiya bazarına ixracı daha əlverişli və rəqabətqabiliyyətli edəcək.
Mütəxəssislər hesab edirlər ki, AAİB ölkələrinin azad ticarət müqavilələri iqtisadi əməkdaşlığı gücləndirməklə yanaşı, regional ticarət axınlarını artıracaq və investorlar üçün əlavə imkanlar yaradacaq.
