Finss.az xəbər verir ki, ABŞ-da noyabr ayında iş yerlərinin sayı 64.000 artıb.
Əmək Departamentinin açıqladığı məlumatlara görə, kənd təsərrüfatı sektoru istisna olmaqla, ABŞ iqtisadiyyatında iş yerləri noyabr ayında proqnozları üstələyərək 64.000 artıb. Trading Economics tərəfindən aparılan sorğuda analitiklər orta hesabla 50.000 artım proqnozlaşdırmışdılar.
Ölkədə işsizlik səviyyəsi isə ötən ay 4,6% təşkil edib. Məlumatların mövcud olduğu son ay olan sentyabr ayında işsizlik 4,4% olmuş və ekspertlər onun dəyişməyəcəyini gözləyirdilər.
Oktyabr ayı üçün işsizlik məlumatları hökumətin fəaliyyətinin dayandırılması səbəbindən açıqlanmayacaq. Qeyd edək ki, oktyabr ayında iş yerlərinin sayı 105.000 azalmış, sentyabr ayında isə 119.000 artmışdı.
Bu göstəricilər ABŞ əmək bazarında sabit, lakin bəzi sektorlar üzrə dəyişkən vəziyyətin davam etdiyini göstərir.
